“Özümü lüt görüb bıçağa əl atdım” - Sevgilisini öldürmək istəyən qız

saytların hazırlanması

Evə çatdırılma

“Özümü lüt görüb bıçağa əl atdım” - Sevgilisini öldürmək istəyən qız

Kriminal

10 Dekabr 2024 14:31 952


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29,120.2.9-cu (ölümə cəhd) maddələri ilə təqsirli bilinən Vəliyeva Səbinə Mahir qızının məhkəməsinin ilkin baxış  iclası keçirilib.

Yenisabah.az unikal.org-a istinadən xəbər verir ki, ilk olaraq hakim sözü ittiham aktını elan etmək üçün dövlət ittihamçısı Orxan Kəngərliyə verib. İttiham aktına görə, məlum olub ki, Səbinə Vəliyeva yuxudan oyananda özünü lüt vəziyyətdə görüb və bunun Fərid tərəfindən törədildiyini bildiyi üçün ona bir neçə bıçaq zərbəsi endirib. 

Təqsirləndirilən şəxs Səbinə Vəliyeva özünü qismən təqsirli bilib.  Sezar pizza

İttiham aktına görə, Səbinə Vəliyeva bu ilin yanvar ayında Suraxanı rayonunda kirayə qaldığı mənzildə qeyri-rəsmi yaşadığı Fəridə yatdığı yerdə bir neçə bıçaq zərbəsi vurub. Belə ki, hər iki şəxs içkili olub və gecə cinsi əlaqədə olublar.

Səhər qız yuxudan oyananda özünü lüt vəziyyətdə görüb və axşam olanlar tamam yadından çıxıb. Və qisas almaq məqsədi ilə bıçağa əl atıb.

Qeyd edək ki, 18 yaşı təzə tamam olmuş Səbinə əslən Qazax rayonundandır və valideyinlərindən küsərək Bakıya qaçıb və Fəridlə tanış olaraq onunla bir yerdə yaşamağa başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!