Özünü güllələyən şəxs iş adamı olub - 1 milyon borcu varmış 

saytların hazırlanması

Evə çatdırılma

Özünü güllələyən şəxs iş adamı olub - 1 milyon borcu varmış 

Kriminal

09 Mart 2024 11:46 1318


Xəbər verdiyimiz kimi, Saatlıda güllələnmə hadisəsi baş verib. 

Yenisabah.az bildirir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib. 

Hadisənin səbəbi məlum olub. Bildirilib ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.  Dördpendirli pizza

Araşdırmalar davam etdirilir.("Qafqazinfo") 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!