“Özünü niyə pəncərədən atmadın?” – Ermənistan qaynayır

saytların hazırlanması

Evə çatdırılma

“Özünü niyə pəncərədən atmadın?” – Ermənistan qaynayır

Siyasət

08 İyun 2021 08:05 1206


“Bəziləri deyirlər ki, iyunun 20-də qalib gələcəklər, amma biz deyirik ki, siz cəzanızı çəkəcəksiniz”.

“Yeni Sabah” xəbər verir ki, bunu Ermənistanın baş nazir əvəzi və hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbəri Nikol Paşinyan iyunun 7-də Armavir vilayətində tərəfdarları ilə görüşdə deyib.

O, nitqinin böyük bir hissəsini yenə də keçmiş hakimiyyətə həsr edib: “Biz gözləyirik ki, ən azı 60 faiz səs qazanacağıq. Biz sizdən aldığımız möhkəm, polad mandatla Ermənistan Respublikasında vətəndaş müharibəsi başlatmaq istəyən qüvvələri Ermənistanın siyasi meydanından silib atacağıq”. Pepperoni pizza

Paşinyan çıxışında habelə 1999-cu ilin 27 oktyabrında parlamentin güllələnməsini yada salıb. O deyib ki, o vaxt ölkənin milli təhlükəsizlik naziri Serj Sarkisyan, prezidenti isə Robert Koçaryan idi.

Baş nazir əvəzi Robert Koçaryanın “onu böyük məmnuniyyətlə istənilən silah növü ilə duelə dəvət edərəm” atmacasına da reaksiya verib:

“Zənnimcə bu adam şəxsən əlinə silah alacaq, çünki Nairi Unanyan (27 oktyabr hadisəsini törətmiş dəstənin başçısı - red) həbsxanadadır. Onun bütün hakimiyyəti öz xalqını duelə çağırmaqdan və güllələməkdən ibarət olub. 2008-ci ilin 1 martında da belə olub. Onda da adamları dəvətsiz filansız güllələyiblər. Ya da o birisi (Serj Sarkisyan - red)...Parlamentin spikeri, baş nazir güllələnəndə sən milli təhlükəsizlik naziri idin. Bundan sonra özünü niyə pəncərədən atmadın? Yəqin ona görə ki, sənin başçılıq etdiyin strukturun baş verənlərdən xəbəri vardı və ölkənin təhlükəsizliyinin təminatı üçün heç bir addım atmırdı. Ona görə ki, Vazgen Sarkisyan və Karen Demirçyan Meğrinin Azərbaycana verilməsinə qarşı çıxış edirdilər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!