Pakistan Rusiyadan maye qaz almaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Pakistan Rusiyadan maye qaz almaq istəyir

Dünya

07 İyun 2022 12:47 833


Moskva və İslamabad Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) almaq imkanları ilə bağlı danışıqlar aparır.

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Pakistanın Moskvadakı səfiri Şəfkət Əli Xan məlumat yayıb:

“Danışıqlar gedir, lakin hələlik konkret heç nə deyə bilmərəm”. Pepperoni pizza

Xatırladaq ki, bundan əvvəl “Bloomberg” agentliyi Pakistanın müxtəlif ölkələrlə, o cümlədən Rusiya ilə təbii qazın alınmasına dair saziş bağlamaq imkanını nəzərdən keçirdiyini bildirmişdi. 

Qeyd edək ki, keçən il Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistanın xarici işlər naziri ilə danışıqların yekunlarına dair çıxışında bildirib ki, Moskva İslamabada təbii qazın tədarükünü təklif edib və qarşı tərəfdən cavab gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!