Pakistanın Kvetta şəhərində partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.
Yenisabah.az “Doon News”a istinadla xəbər verir ki, insident Kvetta polisinin qərargahı yaxınlığındakı keçid məntəqələrinin birində baş verib. Partlayış nəticəsində 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Hələlik bölgədə fəaliyyət göstərən heç bir ekstremist qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Xatırladaq ki, yanvarın 30-da Pakistanda məsciddə partlayış baş verib. Kamikadze partlayıcı qurğunu məsciddə günorta namazı zamanı işə salıb. Nəticədə 101 nəfərin ölüb, təxminən 200 nəfər yaralanıb. Ölənlərin böyük əksəriyyəti polis əməkdaşlarıdır. Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” üzərinə götürüb.
Telegram kanalımız