Pakistanda xalq səhərə kimi mitinq edib: İmran Xandan böyük dirəniş 

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda xalq səhərə kimi mitinq edib: İmran Xandan böyük dirəniş 

Dünya

11 Aprel 2022 08:16 2280


İmran Xanın baş nazir vəzifəsindən kənarlaşdırılması Pakistanı qeyri-müəyyən siyasi yola sürükləyib.

“Yeni Sabah”ın məlumatına görə Əl-Cəzirə yazır ki,  İmran Xanın vəzifədən uzaqlaşdırılmasına etiraz edən tərəfdarları küçələrə çıxıb. Gecə saatlarında – iftar açıldıqdan sonra minlərlə insan ayrı-ayrı şəhərlərdə yürüşlər ediblər.

Onların içərisində gənclər üstünlük təşkil edib. Təkcə Karaçi şəhərində 20 mindən çox insan Xanın hakimiyyətə qayıdışını vəd edən şüarlar səsləndirib. Dominos pizza

İslamabadda İmran Xan yük maşınının üstündə izdiham önünə çıxıb. “Tariximizdə heç vaxt belə izdiham bu qədər kütləvi və bu qədər çox olmamışdı” deyə Xan bazar günü gecəsi Twitter hesabında yazıb.

O, 15 milyondan çox izləyicisinə "Azadlıq mübarizəsi bu gün yenidən başlayır" deyib.

İmran Xan iddia edib ki, Çin və Rusiyaya üstünlük verən müstəqil xarici siyasət  seçdiyi üçün ABŞ onun hakimiyyətdən getməsinə çalışıb. ABŞ Dövlət Departamenti isə onun iddialarını təkzib edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!