Pakistanın xarici işlər naziri Azərbaycana səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Pakistanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Siyasət

08 Oktyabr 2023 19:37 383


Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani Azərbaycana rəsmi səfər edəcək.

O, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının oktyabrın 9-dan 10-dək Şuşa şəhərində keçiriləcək 27-ci iclasında iştirak edəcək.

Cilani həmçinin tədbir çərçivəsində üzv ölkələrin nazirləri və digər nüfuzlu şəxslərlə ikitərəfli görüşlər keçirəcək. Pepperoni pizza

Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri iştirak edəcəklər.

İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb.

Üzv dövlətlərə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan və Tacikistan daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!