Parlament sədrinin qızı və kürəkəni İranda aləmi qarışdırdı

saytların hazırlanması

Evə çatdırılma

Parlament sədrinin qızı və kürəkəni İranda aləmi qarışdırdı

Dünya

20 Aprel 2022 11:18 624


İranda parlament sədri Məhəmməd Baqir Qalibafın ailə üzvləri ilə bağlı ictimai narazılıq gündəmə çevrilib.

Yenisabah.az xəbər verir ki, Qalibafın qızı və kürəkəni yeni doğulmuş körpə üçün bahalı xarici geyim və aksessuar dəsti almaqdan ötrü Türkiyəyə yollanıblar. Bu məlumat iqtisadiyyatı və yaşayış səviyyəsi sanksiyalar ucbatından pis halda olan İranda ciddi etirazla qarşılanıb.

İctimai fəallar Məclis sədrinə ötən prezident seçkiləri zamanı bir çıxışını xatırladıblar. Sosial şəbəkədə paylaşılan həmin çıxışında Qalibaf dövrün təhsil nazirini övladına İtaliyadan məktəbli geyimi almasına görə tənqid və bu cür davranışın tədris sisteminə zərbə vurduğunu qeyd edir. Dördpendirli pizza

Köhnə video və bahalı alış-veriş barədə xəbərə nəhayət, parlament spikerinin ailəsindən münasibət bildirilib. Spikerin oğlu İlyas Qalbaf "Twitter"lə üzrxahlıq mətni yayıb. O, xalqdan üzr istəyərək şəxsi səhifəsində yazıb:

"Bacım və onun əri səhv bir iş görüblər. Əslində, onlar xaricə uşaq dəsti almağa getməyiblər, amma bu cür iqtisadi şəraitində bu sayaq səfər mütləq şəkildə qələtdir.

Bu davranış atamın fikrinə və siyasətinə qətiyyətlə ziddir. O bu səfərə etiraz etmişdi, lakin təəssüf ki, nəzərə alınmadı.

Mən öz tərəfimdən bütün insanlardan üzr istəyirəm, bacım və əri də üzr istəməlidirlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!