Almaniyanın Reyn-Vestfaliya federal əyalətinin Baş naziri Hendrik Vüst eks-kansler Herhard Şröderin Sosial Demokrat Partiyasından xaric edilməsini tələb edib.
Yenisabah.az DW-yə istinadla xəbər verir ki, buna səbəb Şröderin Rusiya ilə bağlı mövqeyindən peşman olmadığını deməsi və sonuncu müsahibəsində Rusiyaya dəstək verməsidir.
"Herhard Şröder Almaniyadan deportasiya edilməlidir. Eyni zamanda, keçmiş kanslerlərin və keçmiş federal prezidentlərin maliyyə dəstəyini məhdudlaşdıran yeni qaydalar hazırlanmalıdır", - deyə Hendrik Vüst qeyd edib. Toyuqlu pizza
Telegram kanalımız