Paşinyan “Artsax” liderlərini təqib etdirir - Şahramanyan həbs oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan “Artsax” liderlərini təqib etdirir - Şahramanyan həbs oluna bilər

Siyasət

13 Noyabr 2023 15:24 600


Bu gün 44 günlük müharibənin şəraitini araşdıran Ermənistan Milli Məclisinin istintaq komissiyası özünü buraxmış qondarma rejimin “prezidenti” Samvel Şahramanyana yazılı məktub göndərərək onu iclasa dəvət edib. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, separatçı qurum rəsmisi iclas çərçivəsində dindiriləcək. 

Erməni nəşri yazır ki, 44 günlük müharibənin istintaq komissiyasına rəhbərlik edən Andranik Koçaryan ötən gün deyib ki, Şahramanyanı komissiyaya dəvət etmək olar. pizza

Qəzetin məlumatına görə, komissiyanın fəaliyyət müddətinin bitməsinə hələ 1 ay qalıb. A.Koçaryanın sözlərinə görə, müharibə illərində Şahramanyan hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub və onun cəbhə ilə heç bir əlaqəsi olmayıb. Lakin Koçaryan dolayısı ilə etiraf edib ki, Şahramanyanın dindirilməsi komissiyanın funksiyalarından kənardır. 

“Cənab Şahramanyana 44 günlük müharibədən sonra həm silahlanma, həm əhalinin sayının azalması, həm də imzalanmış kapitulyasiya sənədləri ilə haqqında reallıqlarla bağlı bəzi suallar verməyə dəyər”, - o, vurğulayıb. 

Analitiklər iddia edirlər ki, Şahramanyanın dindirilməsi siyasi xarakter daşıyır. Bu, “Artsax” liderlərinə qarşı təqib sayıla bilər. Paşinyan hakimiyyəti bu yolla Qarabağdan gələn narazı erməniləri və onların liderlərini təzyiq altında saxlamağa çalışır. Əgər Qarabağ ermənilərinin timsalında formalaşmaqda olan yeni müxalif hərəkat siyasi iddialarından vazkeçməsə, onların həbsi reallaşa bilər. İstintaq komissiyasının hazırkı fəaliyyəti də buna yönəlib. 

Erməni KİV-nin iddiasına görə, Paşinyan özünün ən böyük baş ağrısından - narazı “Artsax” liderlərindən qurtulmaq üçün ən radikal addımlar atmağa hazırdır. Bu sıraya həm də Qarabağ ermənilərinin rəsmi İrəvandan narazı olan liderlərinin həbsi daxildir. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!