Paşinyan bu gün ölən əsgərləri “saya” bilmədi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan bu gün ölən əsgərləri “saya” bilmədi

Siyasət

02 Sentyabr 2023 01:11 778


Ermənistan Baş naziri Nikol Paşinyan erməni təxribatı nəticəsində bu gün sərhəddə başlayan toqquşma barədə paylaşım edib.

Yenisabah.az xəbər verir ki, X sosial şəbəkəsindəki paylaşımında Nikol Paşinyan öz təxribatını ört-basdır etmək üçün Azərbaycanı ittiham edib və “Ermənistanın ərazi bütövlüyündən” bəhs edib.

Maraqlıdır ki, Paşinyan paylaşımında toqquşma nəticəsində 3 erməni əsgərinin öldüyünü, 2 nəfərin isə yaralandığını bildirib. Halbuki Ermənistan Müdafiə Nazirliyi 4 erməni əsgərin məhv edildiyini təsdiqləyib, hətta ölənlərin adını da açıqlayıb, erməni mediası isə məhv edilənlərin dosyesini və fotolarını yayıb. Toyuqlu pizza

Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.

Ordumuz cavab tədbirləri ilə 4 erməni əsgər - Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyan – məhv edilib, bir erməni əsgər yaralanıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!