“Paşinyan bu gün sussaydı, yəqin ki, onu Ermənistanda...”

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan bu gün sussaydı, yəqin ki, onu Ermənistanda...”

Siyasət

02 Sentyabr 2023 18:32 3068


“Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatına baxanda görürük ki, o 2 sentyabr 1991-ci ildəki Qarabağ ermənilərinin “müstəqillik” gününə qayıdır və onları təbrik edir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zaur Məmmədov Baş nazir Paşinyanın separatçıların “müstəqillik” günü ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Z. Məmmədov düşünür ki, hazırda Ermənistanın Baş nazirinin başqa çıxış yolu yoxdur: pizza

“Onsuz da ona qarşı pressinq var və Nikol Paşinyan bu gün sussaydı, yəqin ki, onu Ermənistanda bağışlamayacaqdılar. Lakin onun istifadə etdiyi terminlər göstərir ki, Paşinyan yenə də köhnə adəti üzrə gedir və münasibətlərin nizamlanmasındansa, lazım olmayan ifadələr və cümlələrdən istifadə edir.

Paşinyan qeyd edir ki, beynəlxalq aləm 120 min Qarabağ sakininin təhlükəsizliyinin təhdid altında qalmasına seyrçidir və s. Bu, əlbəttə cəfəngiyatdır, çünki hər kəs yaxşı bilir ki, Azərbaycan orada blokada qurmayıb və separatçıların oyunları nəticəsində Qarabağdakı proseslərə şahidlik edirik”.

“Eyni zamanda Paşinyan yenə də Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edir ki, guya Qarabağ ermənilərinin etnik təmizlənməsinin qarşısını alınmalıdır. Onun tərəfindən belə ifadələrin yer alması, əlbəttə ki, hiddət doğurur. Çünki o, Qarabağı Azərbaycan ərazisi hesab edib bununla bağlı bəyanat veribsə və Azərbaycan Prezidenti ilə sülh müqaviləsi ilə bağlı danışıqlar aparıbsa, onda niyə bu kimi bəyanatlar verir? Deməli, açıq şəkildə bu il və gələcək illərdə onun sülh müqaviləsi imzalamaq fikri yoxdur. Onun danışıqlarda apardığı siyasət yalnız imitasiya xarakteridir”, – politoloq əlavə edib.

Siyasi təhlilçiyə görə, bu gün Qarabağdakı “hakimiyyət”ə “daşnak” tör-töküntülərinin bəzi qüvvələri və erməni separatçılarının “lider”lərinin adamı gəlib:

“Yəni Samvel Şahmaryan da sələfləri Arkadi Qukasyan, Bako Saakyan və Robert Koçaryanın klanına üzvdür. Araik Arutyunyandan fərqli olaraq, Qarabağdakı hazırkı “hakimiyyət”in Paşinyanla münaisbətləri soyuq olacaq. Bunu da Ermənistandakı siyasi qüvvələr çox yaxşı bilir.

Paşinyanın bu addımları, Rusiya qarşı demarşları, Fransanı bölgəyə gətirmək cəhdi sözsüz ki, onun hakimiyyətdən getməsi və bölgədə yeni müharibənin alovlanması ilə nəticələnə bilər. Təəssüf ki, Paşinyan bugünkü gündə Qarabağdakı erməniləri təbrik edir, Azərbaycanın guya etnik təmizləmə apardığını deyir. Bu, qəbuledilməzdir”.

Siyasi analitik Tural İsmayılov isə düşünür ki, bütövlükdə Paşinyanın təkcə bu açıqlaması yox, onun son addımları və Ermənistanın davranışları sülh prosesinə böyük bir zərbə hesab edilməlidir:

“Bu açıqlama diplomatik baxımdan Ermənistanın nə qədər ikiüzlü olduğunu göstərir. Bir tərəfdən, bölgədə dövlətlərarası münasibətlərin yaxşılaşdırılması üçün yaxşı bir imkan var və Azərbaycan sülh prosesini təşviq edir, digər tərəfdən isə Ermənistanın Baş naziri daha əvvəl Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulasa da, bu gün Qarabağ separatçılarını “təbrik” etməklə Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatçı mövqeyini bir daha təkrarlamış olub”.

“Əlbəttə ki, bu addım birmənalı şəkildə Ermənistanın sülhü istəmədiyini və heç bir vaxt sülh mövqeyində olmayacağını göstərən faktordur. Amma son dövrlər Ermənistanın bütövlükdə sistematik şəkildə silahlandırılması onu söyləməyə əsas verir ki, Ermənistan heç bir halda bölgədə sülhün olmağını istəmir və sülh prosesini sabotaj etmək üçün əlindən gələni edir”, – qeyd edib.

Müsahibimiz hesab edir ki, Azərbaycanın sülhə bağlı bu qədər davamlı təzyiqlərinə rəğmən, Ermənistan tərəfindən sistematik şəkildə təxribatların davam etdirilməsi növbəti dəfə hərbi əməliyyatların daha yaxınlaşmasına şərait yaradır. Onun sözlərinə görə, artıq Azərbaycan diplomatik imkanlar tükəndikdə Ermənistanı hərbi yolla sülhə məcburetmə əməliyyatlarına start verə bilər.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!