Paşinyan buna görə müharibə edəcək - Səbəbi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan buna görə müharibə edəcək - Səbəbi bilindi

Siyasət

08 Sentyabr 2023 14:33 1779


Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ildə onun yaratdığı müharibənin məqsədi Qarabağdan xilas olmaq idisə, indi törədəcəyi müharibənin məqsədi KTMT-dən çıxmağa hesablanıb. 

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni ekspert Avetik İşxanyan sərhəddə baş verən gərginlik və ABŞ-Ermənistan hərbi təlimləri haqqında danışarkən deyib. 

Onun sözlərinə görə, 2022-ci ilin sentyabrında ikigünlük (13-14 sentyabr) müharibə anti-Rusiya mövqeyini gücləndirmək və KTMT-dən çıxmağa hesablanmışdı:  pizza mizza

“Paşinyan öz məqsədinə nail olmaq üçün insan həyatını qurban verir, 2020-ci ildə də bunu etdi, 2022-ci ildə də. İndi də eyni şeylər təkrarlanır. ABŞ-Ermənistan təlimləri də məhz anti-Rusiya prosesinin tərkib hissəsidir”. 

Erməni ekspert son günlər İrəvan-Moskva xəttində baş verən gərginliyə diqqət çəkib. Qeyd edib ki, hər şey hazır ssenari üzrə davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!