“Paşinyan Əliyevin qorxusundan...” - Poqosyandan   ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan Əliyevin qorxusundan...” - Poqosyandan ŞOK İDDİA

Siyasət

02 Sentyabr 2021 19:58 7617


“İlk dəfə olaraq Ermənistan rəhbərliyi "müstəqillik günü" münasibətilə Qarabağa getmədi. Bunun səbəbini Ermənistan rəhbərliyinin qorxu və narahatlığında axtarmaq lazımdır”.

Yenisabah.az xəbər verir ki, bunu erməni siyasi ekspert Tevan Poqosyan deyib.

“Necə deyərlər, iki qorxu - bir ölüm. Bəlkə də vəzifələrini itirməkdən, bəlkə də Azərbaycan və İlham Əliyevin reaksiyasından qorxurlar”, - Poqosyan bildirib. Dördpendirli pizza

Onun sözlərinə görə, indiki çətin vaxtda Ermənistan hakimiyyəti "Qarabağ"ı heç vaxt olmadığı kimi dəstəkləməli, yanında dayanmalı idi. Amma Poqosyan təəssüflə qeyd edib ki, Ermənistan rəhbərliyi bunu etməkdən qorxur.

O, həm Prezident Armen Sərkisyan, həm də Baş nazir Nikol Paşinyanın Qarabağa səfərə getməkdən çəkindiyini bildirib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!