Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə də öz opponentlərini, xüsusən də parlament müxalifətini rişxəndlə məsxərəyə qoyub, ələ salmaqda davam edir və onları marionet kukla adlandırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, buna səbəb iqtidarın müxalifətin hakimiyyət dəyişikliyi planlarını iflasa uğratması olub: Dominos pizza
“Həmçinin müxalifət xalqı meydana yığa bilməyib və Paşinyan özünü legitim hesab edir. Çünki o, xalq tərəfindən seçilib və öz mandatının polad kimi bərk olduğunu bildirib”.
Qəzet onu iddia edib ki, bütün bunlara baxmayaraq, Paşinyan daxilən bunların əsassız sözlər olduğunu anlayır və o, hakimiyyəti itirmək qorxusundan narahatdır deyə təşvişə düşüb:
“Sırf buna görə də hakim partiya üzvləri yaxın vaxtlarda ölkədaxili səfərə çıxmağı planlaşdırır. Onlar Ermənistanın müxtəlif mərzlərinə səfər edərək xalqın rəyini öyrənib hakimiyyətin müxalifətin basqısı nəticəsində zor gücü ilə əldən itirilməsi ehtimallarını araşdıracaqlar. Baş nazir bununla bağlı fraksiya üzvlərinə tapşırıqlar verib”, - deyə parlamentdəki mənbə qeyd edib.
Telegram kanalımız