Paşinyan Kremlə meydan oxuyur - Ermənistandan Rusiyaya daha bir zərbə

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Kremlə meydan oxuyur - Ermənistandan Rusiyaya daha bir zərbə

Siyasət

01 Noyabr 2023 10:20 12413


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı demarşlar etməyə davam edir. 

Yenisabah.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Baş nazir 9 noyabr 2020-ci il üçtərəfli bəyannaməsində yolların açılmasını müəyyən edən 9-cu maddəni ləğv edəcəklərini bildirib. 

KİV yazır ki, erməni nazir uzun müddətdir ki, bununla bağlı açıq-aşkar eyhamlar vurur, fikirlərini komanda üzvlərinə çatdırmağa çalışır:  Dördpendirli pizza

“Amma dünən, 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı o, bunu demək olar ki, açıq mətnlə söylədi və bildirdi ki, Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılacaq və onun vəzifəsi rabitənin təhlükəsizliyini təmin etmək olacaq. 

“İndi biz Milli Təhlükəsizlik Xidmətinin tərkibində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi rabitənin təhlükəsizliyini təmin etmək olacaq. Bununla yanaşı, respublika ərazisindən insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin keçməsi üçün patrul polisini işə cəlb etdik”. 

Xatırladaq ki, həmin sənədin 9-cu maddəsində “kommunikasiyalara nəzarət Rusiya FSB-nin sərhəd xidməti orqanları tərəfindən həyata keçirilməlidir” bəndi yer alsa da, rəsmi İrəvan həmin sənədin müvafiq maddəsini ləğv etməklə Moskvaya meydan oxumağa başlayıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vuqar Qəmərlinski
    Birtərəfli qaydada bunu məgər uduzan tərəf edə bilər? Bu artiq putinə təhqirdi!
    3 years ago