“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya gedən kimi, Vladimir Putinin təkbətək və üçtərəfli görüş keçirmək cəhdləri olacaq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov deyib.
O, Ermənistan Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqı və MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Sankt-Peterburqda keçiriləcək görüşlərədə iştirak etməsindən, habelə Rusiyada sürpriz Əliyev-Paşinyan görüşünün olması ehtimallarından söz açıb. Marqarita pizza
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu gün Rusiyaya işgüzar səfərə yola düşüb. Onun Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində qonaq qismində görüşlərdə iştirak edəcəyi gözlənilir.
Öz növbəsində, S.Hümbətov əlavə edib:
“Təkbətək görüşü məlum məsələdir ki, Putin niyə keçirəcək. Üçtərəfli görüşə gəldikdə isə burada da Moskva rıçaqları əlinə almaq istəyəcək. Amma mən keçiriləcək üçtərəfli görüşdən nəyisə gözləməyin tərəfdarı deyiləm. Real olaraq bu görüşdə hansısa bir ciddi nəticə alacağımıza optimist yanaşmıram. Ola bilsin ki, görüş olacaq və bəzi xırda detallar müzakirə ediləcək, lakin yekunda müsbət nəticənin olmasını gözləmirəm. Lakin danışıqlar gedəcək, və fikir mübadiləsi aparılacaq”, - deyə o, söyləyib.
“O ki qaldı Peterburq görüşünə, bu, MDB dövlət başçılarının qeyri-rəsmi sammitidir və hər il keçirilir. Həmçinin Avrasiya İqtisadi İttifaqının toplantısı olacaq ki, fikrimcə, üzv dövlətlər daha çox buna köklənəcəklər. Azərbaycan burada yoxdur, yəni ənənəvi görüş olduğu üçün buradan ciddi nə isə gözləmək düzgün olmaz. Çünki burada MDB-yə daxil olan ölkələrdə baş verən iqtisadi-siyasi proseslər müzakirə ediləcək”, - siyasi təhlilçi fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız