Paşinyan müharibədə itkin düşmüş ermənilərin sayını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan müharibədə itkin düşmüş ermənilərin sayını açıqladı

Dünya

08 Aprel 2022 07:55 574


Birinci və ikinci Qarabağ müharibəsində Ermənistanın 985 hərbçisi itkin düşüb.
 

“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, qeyd edib ki, birinci Qarabağ müharibəsində 777 nəfər itkin düşüb. 44 gün davam edən ikinci müharibədən sonra 208 nəfər itkin düşmüş hesab olunur.

Baş nazir vurğulayıb ki, onların taleyinə aydınlıq gətirmək üçün işi davam etdirmək lazımdır. Bu məsələ Brüsseldə də müzakirə edilib. Paşinyanın sözlərinə görə, görüşdə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlıq imkanları və məsələlər də müzakirə mövzusu olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!