Paşinyan nə üçün Qarabağı Azərbaycanın bir hissəsi adlandırdığını izah etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan nə üçün Qarabağı Azərbaycanın bir hissəsi adlandırdığını izah etdi

Siyasət

12 Sentyabr 2023 07:32 684


Paşinyan nə üçün Qarabağı Azərbaycanın bir hissəsi adlandırdığını izah edib. 

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə “Novosti-Armenia” ya müsahibəsində danışıb.

“Ermənistan və Azərbaycan 2023-cü il mayın 14-də Brüsseldə bir-birinin ərazi bütövlüyünü tanıyıb: Ermənistan Azərbaycanın 86 600 kv.km ərazisini, Azərbaycan Ermənistanın 29 800 kv.km ərazisini. Bundan sonra bu razılaşmanı bir daha təsdiqlədim. Sonra mənə sual verdilər ki, bu 86 min 600 kvadrat kilometrə doğrudanmı Qarabağ daxildir? Mən “hə” dedim”, – Paşinyan müsahibəsində deyib. pizza mizza

Paşinyanın sözlərinə görə, bu bəyanatla Ermənistan hakimiyyəti Brüsseldə Azərbaycanla “böhranın həlli məsələsinə” dair razılaşmanı düzəltməyə çalışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!