Paşinyan Rusiyaya getdi - Putinlə danışmaq fürsəti var

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Rusiyaya getdi - Putinlə danışmaq fürsəti var

Dünya

25 Dekabr 2023 11:16 468


Ermənistanın baş naziri Nikol Paşinyan Bazar ertəsi Sankt-Peterburqa iki günlük işgüzar səfərə gedib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Baş naziri dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək. pizza mizza

Xatırladaq ki, Ermənistanın nümayəndələri son vaxtlar MDB və KTMT çərçivəsində bir sıra tədbirlərdə iştirakdan imtina ediblər.

Noyabrın sonunda respublika parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, Ermənistan sədrlik edən ölkə olduğu üçün dekabrda Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etməlidir. Lakin sonra o, Paşinyanın görüşdə iştirakı ilə bağlı hələ qərarın olmadığını bildirib.

Daha sonra Kreml bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin dekabrın sonunda Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti zamanı Paşinyanla görüşə bilər.

Noyabrın 29-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Cənab Paşinyan ora gəlsə və hamı kimi onu da sammitdə gözləyirlər, iki dövlətin liderlərinin danışması üçün əla fürsət olacaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!