“Paşinyan sentyabrda Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir müqavilə imzalayacaq”   - ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan sentyabrda Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir müqavilə imzalayacaq” - ŞOK İDDİA

Siyasət

23 İyun 2021 19:48 3266


Yaxın gələcəkdə Ermənistan və Rusiya rəhbərliyi Ermənistanın Qeqarqunik bölgəsinin Azərbaycanla sərhəd (Kəlbəcər istiqamətində) hissəsinə rus sərhədçilərinin yerləşdirilməsinə dair razılığa gələcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yazıb.

“Qraparak” qeyd edib ki, bu razılaşmadan sonra Ermənistan ordusu bu bölgədən geri çəkiləcək. Bildirilir ki, danışıqların bir gün əvvəl keçirilməsi faktını Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan təsdiqləyib. Marqarita pizza

Qəzet mövzunu inkişaf etdirərək yazıb ki, Azərbaycan tərəfinin buna icazə verib-verməyəcəyinə gəlincə, Davtyan söhbətin Ermənistan ərazisindən getdiyini və burada Azərbaycandan soruşulacaq bir şey olmadığını qeyd edib:

"Tərəflərlə danışıqlar aparılır, çünki ortada suallar var. Məqsəd bölmələri heç bir toqquşma olmadan sərhədə çəkməkdir"

"Ermənistan Baş naziri Nikol Paşinyan çox güman ki, payızda - sentyabrda Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir müqavilə imzalayacaq. Bu haqda məlumatlar var”,- “Qarparak” əlavə edib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!