Paşinyan sərhəddəki təxribatlardan danışdı 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan sərhəddəki təxribatlardan danışdı 

Siyasət

12 Avqust 2021 12:41 4416


Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında delimitasiya və demarkasiya işlərinin gücləndirilməsinin vacibliyindən söz açıb.

Yenisabah.az xəbər verir ki, Paşinyan bu məsələdə mövqelərinin dəyişməz olduğunu da vurğulayıb.  O qeyd edib ki, kifayət qədər tez həll oluna biləcək məsələlərdən bir digəri bölgədə kommunikasiyaların açılmasıdır. Bu səbəblə komissiya Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinləri formatında işini bərpa etməlidir.

Bundan əlavə, Paşinyan Ermənistanın Azərbaycanla sülh danışıqlarını bərpa etmək üçün təkliflər gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, indiki mərhələdə atəşkəs rejiminin pozulmasına təşəbbüs göstərənlər müəyyən edilməli və təxribatçı məqsədli şəkildə qınanmalıdır. Bu, gərginliyin daha da azalması səbəb olar, o cümlədən sabitlik baxımından da əhəmiyyətli rol oynayar: “Ancaq belə bir şeyi beynəlxalq monitorinq mexanizmini işə salmadan təsəvvür etmək çətindir”. Dominos pizza

Paşinyan iyulun 29-da da bu məsələni diqqətə çəkdiyini də vurğulayıb:

“Bu rolu KTMT və ya ATƏT-in Minsk qrupunun həmsədrlərinin öz üzərinə götürməsini təklif etmişəm. ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifi ilə Ermənistan ən yüksək səviyyədə sülh danışıqları prosesinə qayıtmağa hazırdır. Biz konkret təkliflər gözləyirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Qazaxdan Zəngilana kimi olan məsafəni hündürlüyü 4-5 metr olan beton sədd çəkməsi vacibdir.(Cin səddi kimi).
    5 years ago