Paşinyan təsdiqlədi: Ermənistanın yeni Konstitusiyaya ehtiyacı var! 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan təsdiqlədi: Ermənistanın yeni Konstitusiyaya ehtiyacı var! 

Dünya

12 Mart 2024 14:12 664


Baş nazir Nikol Paşinyanın bugünkü mətbuat konfransında yenidən Konstitusiyaya mümkün düzəlişlərə toxunub. 

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan Konstitusiyaya mümkün düzəlişlər barədə bunları deyib: 

“Konstitusiyaya dəyişikliklərin konsepsiyası hazırdır. Mən konsepsiya ilə tanış oldum və nəticədə belə qənaətə gəldim ki, Ermənistan Respublikasının yeni Konstitusiyaya ehtiyacı var. Hələ 2020-ci ilin fevralında, COVID pandemiyası səbəbindən konstitusiya referendumu ləğv ediləndə də yeni Konstitusiyanın zəruriliyindən danışmışdım”. pizza sifarişi

Paşinyan daha əvvəllər də deyib ki, yeni Konstitusiyada 1990-cı ilin avqustunda qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə heç bir istinad olmamalıdır. Əgər Ermənistanın siyasəti Müstəqillik Bəyannaməsinə, “Dağlıq Qarabağ”ın Ermənistan Respublikasının birləşdirilməsinə əsaslanırsa, o zaman müharibə başlayacaq və heç vaxt sülh olmayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!