Paşinyan Xankəndiyə gedə bilməz:   Moskva qadağa qoyub

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Xankəndiyə gedə bilməz: Moskva qadağa qoyub

Siyasət

09 İyul 2021 19:17 4080


Nikol Paşinyana Moskvada sərt şəkildə bildirdilər ki, ona hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycanın Xankəndi şəhərinə bir daha səfər etmək olmaz.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni KİV-ə müsahibəsində tanınmış rusiyalı politoloq Stanislav Tarasov bildirib.

“Diplomatiyanın öz qanunları var. Ermənistan üçtərəfli bəyanat imzalayanda etiraf edib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. İndi Nikol Paşinyan Xankəndiyə yalnız Bakının icazəsindən sonra gedə bilər. pizza sifarişi

Hər hansı bir siyasi problemə rus matryoşkası prizmasından baxsanız, məlum olar ki, bir element o birinin içində olmadan son nəticə əldə edilə bilməz. Paşinyan tam dalana dirənib. Problem ondadır ki, Paşinyan elə özü bütün danışıqlar prosesini iflasa uğradıb, indi də düşünür ki, Putin onun bütün səhvlərini düzəldə biləcək. Amma Rusiya Prezidenti bunu etməyəcək. Fransızlar da ona kömək edə bilməyəcək”, - deyə ekspert bildirib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!