Paşinyandan Ərdoğanın dördtərəfli görüş təklifinə cavab

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan Ərdoğanın dördtərəfli görüş təklifinə cavab

Siyasət

17 Sentyabr 2023 12:08 615


Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifi ilə bağlı sualını cavablandırıb.

Yenisabah.az xəbər verir ki, o, belə təkliflərin olduğunu bildirib.

"Təkliflər, ideyalar var. Mən onlardan birini xüsusi qeyd etmək istəmirəm. Məsələ burasındadır ki, şərh edəcəyim tək fikir bu deyil", - Paşinyan deyib. pizza mizza

Onun sözlərinə görə, görüşlərlə bağlı müxtəlif təkliflər müzakirə olunur.

Qeyd edək ki, Ərdoğan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif edib.

O, BMT Baş Assambleyasının iclasına getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, regionla bağlı vəziyyətin müzakirə olunmasında bu regiondan uzaq olan dövlət və hökumət başçılarının deyil, regionda olanların müzakirə etməsi vacibdir. 

"Biz Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, mənim və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik ki, addımı ona görə ataq. Hələ bizə bu təkliflə bağlı münasibət bildirilməyib. Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacağıq. Vəziyyəti yaxında izləyəcəyik", - Ərdoğan vurğulayıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!