Paşinyandan Qarabağla bağlı SON DƏQİQƏ açıqlaması: “Razılaşmalar var...”

Paşinyandan Qarabağla bağlı SON DƏQİQƏ açıqlaması: “Razılaşmalar var...”

Siyasət Veb saytların hazırlanması

22 Sentyabr 2023 12:45 34641


“Qarabağda vəziyyətin müsbət irəliləyişinə müəyyən ümidlər var”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, Qarabağda humanitar və hərbi-siyasi vəziyyət gərgin olaraq qalır:

“Humanitar böhran davam edir, eyni zamanda hakimiyyət Qarabağdan olan həmkarları ilə daimi təmasdadır. Vəziyyətin dinamik şəkildə dəyişdiyini başa düşmək lazımdır. Həmçinin, Qarabağ sakinləri öz evlərinə qayıtmaq üçün real imkan əldə edə bilərlər”.

Paşinyan qeyd edib ki, həyata keçirilməli olan müəyyən razılaşmalar var: “Bu, işləyəcək, ya yox, deyə bilmərəm, çünki vəziyyət daim dəyişir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!