Paşinyanın KTMT barədə sözləri siyasi qiymətləndirmədir - Xandanyan

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın KTMT barədə sözləri siyasi qiymətləndirmədir - Xandanyan

Dünya

28 Fevral 2024 15:07 647


Baş nazir Nikol Paşinyanın KTMT-də iştirakın dondurulması ilə bağlı bəyanatı hüquqi deyil, siyasi qiymətləndirmədir.

Yenisabah.az xəbər verir ki, Ermənistan Milli Məclisinin xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan deyir.

"Baş nazirin bəyanatı KTMT ilə münasibətlərdə indiki mərhələdə olanları nəzərdə tutur. Ermənistanla KTMT arasında münasibətlərdə irəliləyiş yoxdur və Ermənistan son vaxtlar KTMT-nin işində iştirak etməyib", - deyə Xandanyan vurğulayıb. Marqarita pizza

O qeyd edib: “KTMT-nin fəaliyyəti və ya hərəkətsizliyi ilə bağlı dəfələrlə səsləndirdiyimiz mövqeyi nəzərə alsaq, baş nazirin bəyanatı vəziyyətin konkret təsbitidir, yəni indiki mərhələdə KTMT ilə münasibətlər dondurulur. Bunun ardınca addımlar atılacaq, yoxsa yox, bunu zaman göstərəcək”.

S. Xandanyanın sözlərinə görə, söhbət hüquqi qiymətləndirmədən getmir:

"Bu, siyasi qiymətdir. Bu, mövcud vəziyyəti şərh etmək formasıdır". 

Ermənistanın KTMT-dən nə vaxt çıxacağı ilə bağlı suala Xandanyan belə cavab verib: "Vaxt göstərəcək. Əgər sabah bu qərarın verilməsi zərurəti yaranarsa, o zaman veriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!