Paşinyanın partiyasından olan deputat rusları təhqir etdi: “Getsinlər...”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın partiyasından olan deputat rusları təhqir etdi: “Getsinlər...”

Siyasət

31 Oktyabr 2023 22:34 1133


Qarabağ məsələsi hələ qapanmayıb. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasından olan deputatı Akop Aslanyan tərəfindən səslənib. 

O, yerli mətbuata müsahibəsində “Qarabağ münaqişəsini həll olunmuş adlandıran” Rusiyanın xarici işlər naziri Sergey Lavrova etiraz edib.  Sezar pizza

“Qoy Lavrovlar getsinlər dəfnə yarpaqlarını (rusça лавро́вый лист-dəfnə yarpağı) qurutsunlar. Ən böyük rolu o oynadığına görə, ümumiyyətlə, Rusiya faktorundan danışmayaq. Lavrovlar və Zaxarovalar öz işləri ilə məşğul olsunlar” - deyə deputat Akop Aslanyan bildirib. 

Erməni siyasətçi “çoxəsrlik erməni-rus dostluğunun mövcud olmadığını” sözlərinə əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!