Paşinyanın Rusiyaya səfəri başladı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın Rusiyaya səfəri başladı

Dünya

19 Aprel 2022 12:09 467


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya iki günlük rəsmi səfərə gəlib.

Yenisabah.az xəbər verir ki, Ermənistan Baş nazirini Moskva hava limanında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi İqor Boqdaşev qarşılayıblar.  

Səfər çərçivəsində Baş nazir Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirəcək. İki ölkə liderləri Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.  Sezar pizza

Aprelin 20-də Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşəcək.

Eyni zamanda Baş nazirin Nijni Novqoroda səfəri planlaşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!