Paşinyanın təklifinə REAL reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın təklifinə REAL reaksiya

Siyasət

12 Avqust 2021 17:40 3351


“Paşinyan bəyan edib ki, İlham Əliyevlə görüşməyə və bir çox məsələləri müzakirə etməyə hazırdır. Məncə, bu bəyanat dəyərləndirilməli, Rusiyanın, ATƏT-in iştirakı, müdaxiləsi olmadan belə bir görüş mütləq keçirilməlidir. Görüş Tiflisdə ola bilər, otursunlar kənar müdaxilələr olmadan bir neçə saat danışsınlar”.

Yenisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədri Natiq Cəfərli deyib.

“Azərbaycan-Ermənistan arasında birbaşa təmaslar başlamalıdır, bunun pozitiv nəticələri ola bilər. Çünki ağlı başında olan hər kəsə aydındır ki, kənardan dialoq təklif edən hər bir güc mərkəzinin öz marağı, öz gündəmi olur və çalışırlar ki, müzakirələr onların çərçivəsindən kənara çıxmasın, ona görə də birbaşa təmaslar daha effektiv ola bilər.  pizza sifarişi

Belə danışıqlar bölgədə böyük müharibələrin, fəlakətlərin qarşısını ala, hər iki ölkəni Kremlin əlində alət olmaqdan qurtara bilər. Şimaldan gələcək bütün təhlükələrə ancaq 3 Qafqaz ölkəsi birgə sinə gərə bilər, ayrı-ayrılıqda hamımızı "Ayı" parçalayacaq,  necə ki bunu 300 ildir bölgəmizdə uğurla edir”,-deyə siyasətçi əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cavid
    * Real partiyasının icra katibidir Natiq Cəfərli. Belə, amma əla deyib və bu ümumilikdə Relın mövqeyi kimi də qəbul oluna bilər..
    5 years ago