“Paşinyanla Köçəryan arasında uçurum o qədər böyükdür ki, koalisiya yaradacaqları təqdirdə sadəcə olaraq elektorat onlardan üz döndərə bilər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclis deputatı Aydın Mirzəzadə deyib. Millət vəkili hazırda Ermənistanda hakimiyyəti uğrunda mübarizə aparan bu şəxslərin iki fərqli baxışın nümayəndəsi olduğunu vurğulayıb:
“Seçkilərdən sonra onların koalisiya təşkil etməsi heç inandırıcı görünmür. Çünki Paşinyanla Köçəryan elektoratların onlardan üz döndərməsini heç vaxt istəməz. Tərəflərdən biri ya kiçik partiyalarla koalisiya quracaq, ya da Ermənistan konstitusiyasına görə müəyyən bir müddət ərzində hökumət qurmaq mümkün olmazsa, 2 daha çox səs toplamış blok və yaxud partiya yenidən seçkiyə gedib öz liderliyini təsdiq etməyə çalışacaq”. Pepperoni pizza
Politoloq diqqətə çatdırıb ki, kimin qalib gəlməsindən asılı olmayaraq yeni iqtidar Ermənistanın qarşısında duran çox ağır problemləri həll etməlidir:
“Əgər Paşinyan hesab edirsə ki, Zəngəzur dəhlizinin açılmasına mane olacaq, Azərbaycan sərhədlərinin tanınmasını uzadacaq, səhv yoldadır. O, bununla Ermənistanın problemlərini daha da artırar. Əgər Köçəryan düşünürsə ki, hakimiyyətə gəlməklə Azərbaycana qarşı revanş hərəkətlərinə üstünlük verəcək, qarşısında güclü və öz hüququnu qorumağı bacaran Azərbaycan dövlətinin durduğunu bilməlidir. İstənilən halda seçkidən sonra hökumət yeni reallığı, Azərbaycanın ərazi bütövlüyünü nəzərə almalıdır”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız