Paşinyan Şahramanyanı “blok etdi” - İrəvanda qarşıdurma

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Şahramanyanı “blok etdi” - İrəvanda qarşıdurma

Siyasət

20 Oktyabr 2023 09:25 2740


Özünü buraxmış qondarma “Artsax” separatçılarının sonuncu lideri Samvel Şahramanyan Qarabağdan Ermənistana qaçdıqdan sonra baş nazir Nikol Paşinyanın qəbuluna düşə bilməyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Qeyd edilir ki, Şahramanyan iki həftəyə yaxındır ki, Nikol Paşinyanla görüşmək üçün imkan gözləyir, amma baş nazir hələ ki ona reaksiya verməyib.  Marqarita pizza

Məlumatlara görə, Şahramanyan mövcud vəziyyət və gələcəklə bağlı mövqeyini ictimaiyyətə açıqlamazdan əvvəl Paşinyanla bəzi məsələlərə aydınlıq gətirmək istəyir. Paşinyan isə naməlum səbəblərdən görüşü gecikdirir. 

Erməni KİV Şahramanyana münasibətin İrəvanın siyasi dəhlizlərində məzhəkə obyekti olduğunu diqqətə çatdırıb. “Hraparak” iddia edib ki, Nikolun komandasının üzvləri "Paşinyan Şahramanyanı adam yerinə qoymur" məzmunlu ifadələr işlətməkdən belə çəkinmirlər. Bu isə Ermənistan hakimiyyəti ilə "Artsax" liderləri və bütövlükdə Qarabağ erməniləri arasında münasibətlərin kəskinləşməsinə səbəb olub. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!