Sentyabr ayı ərzində Bakı şəhərində qanunsuz yaşayan 40 əcnəbi saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, onlarda Azərbaycan ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmayıb. Yaxud qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyiblər.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər. pizza hut
Cari ilin əvvəlindən bu günə kimi ümumən 413 nəfər əcnəbi barəsində müvafiq tədbirlər görülüb.
Telegram kanalımız