Paytaxtın bəzi ərazilərində maşın saxlamaq qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın bəzi ərazilərində maşın saxlamaq qadağan edildi

Sosial

11 Oktyabr 2024 16:12 703


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda bəzi ərazilərdə maşın saxlamağı qadağan edib.

Yenisabah.az xəbər verir ki, paytaxtda avtomobillərin sayı artdıqca maşını saxlamaq üçün yer tapmaq çətinləşir. Mövcud problemin həlli istiqamətində mütəmadi olaraq işlər görülür. Bu istiqamətdə İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb.

Parklanma ilə bağlı Sabit Rəhman və Alı Mustafayev küçələrində də tədbirlər görülüb. Burada mövcüd parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb. Pepperoni pizza

Bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində ("Amburan Mall") 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!