Paytaxtın bu ərazisində yaşayanların   NƏZƏRİNƏ - SABAH...

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın bu ərazisində yaşayanların NƏZƏRİNƏ - SABAH...

Sosial

14 Avqust 2024 22:17 1722


Sabah Bakının Suraxanı və Sabirabad rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, görüləcək təmir və quraşdırma işləri ilə əlaqədar olaraq, 15.08.2024-cü il tarixdə saat 09:30-dan Sabirabad rayonunda və saat 10:00-dan etibarən isə paytaxtın Suraxanı rayonunda qaz təchizatının dayandırılması planlaşdırılır. pizza mizza

Təmir işləri aparılan müddətdə Sabirabad şəhəri daxil olmaqla, rayonun Qaralar, Məmişlər, Qəfərli, Əsədli və Kürkənd kəndlərinin, eləcə də paytaxtın Suraxanı rayonunun Hövsan bağlar yaşayış massivinin və Hövsan kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!