Peruda pedofillərin kimyəvi xədim edilməsi planlaşdırılır.
Yenisabah.az xəbər verir ki, Peru prezidenti Pedro Kastilyo hökumətə bu barədə qanun layihəsi hazırlamağı tapşırıb.
Qanun layihəsi parlamentdə təsdiq edilərsə, uşaq təcavüzçüləri kimyəvi yollarla axtalanacaq. pizza
Bir neçə gün öncə Peruda 3 yaşlı qıza təcavüz xəbərindən sonra ölkə ərazisində etiraz aksiyaları keçirilir.
Xatırladaq ki, Peruda son 4 ildə 21 mindən çox azyaşlı uşağa təcavüz edilib. Təkcə 2021-ci ildə bu rəqəm 6929 nəfər olub. Bu statistika yalnızca hüquq-mühafizə orqanlarında qeydə alınan rəqəmlərdir.
Telegram kanalımız