Pərviz Müşərrəf öldü

Pərviz Müşərrəf öldü

Dünya

05 Fevral 2023 10:33 686


Pakistanın keçmiş lideri general Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib.

Yenisabah.az ILNA-ya istinadla xəbər verir ki, general Müşərrəf Dubaydakı xəstəxanada dünyasını dəyişib.

O, nadir xəstəlikdən (amiloidoz) əziyyət çəkirdi.

Pərviz Müşərrəf 1999-cu ildə Pakistanın baş naziri Nəvaz Şərifin hökumətini hərbi çevrilişlə devirib. Bundan sonra ölkəyə rəhbərlik etməyə başlayıb

General Müşərrəf də Dubay və Londonda bir neçə il məcburi sürgündə olub və 2012-ci ildə Pakistana qayıdıb. Bundan sonra çoxsaylı məhkəmə prosesləri ucbatından ölkədən çıxışına qadağa qoyulan Pakistanın keçmiş hərbçi lideri Ali Məhkəmənin qərarı ilə müalicə məqsədi ilə Dubaya gedə bilib.

P. Müşərrəf Azərbaycana da rəsmi səfər edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!