Peskov ərzağın bahalaşmasına görə Qərbi günahlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Peskov ərzağın bahalaşmasına görə Qərbi günahlandırdı

Dünya

17 İyun 2022 11:15 749


"Taxıl tədarükü ilə bağlı yaranmış vəziyyət Qərbin səhvlərinin nəticəsidir". 

Yenisabah.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, taxıl və gübrə tədarükü ilə bağlı vəziyyətin Qərb ölkələri liderlərinin buraxdığı səhvlərin nəticəsi olduğunu bildirib.

Peskovun sözlərinə görə, bu, Moskvanın cavabı deyil, bunlar Qərb ölkələrinin buraxdığı səhvlərin nəticəsidir: "Hazırda ərzaq məhsullarının qiymətləri həm son bir neçə ildə yol verilən səhvlər, həm də inflyasiya səviyyəsinə görə qalxır. Ərzaq təhlükəsizliyilə bağlı vəziyyətə görə məsuliyyət Qərbin üzərinə düşür”.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!