"Rusiya-Ukrayna danışıqlarında irəliləyiş dinamikası o qədər də uğurlu deyil, Ukrayna tərəfi artıq razılaşdırılmış məsələlərlə bağlı tez-tez mövqelərini dəyişir".
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xüsusi "hərbi əməliyyat" davam edir. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda dedi ki, hər şey plana uyğun gedir. Eyni zamanda, danışıqlar prosesi çərçivəsində ekspertlər səviyyəsində təmaslar davam edir. Razılaşdırılmış məqamlar üzrə mövqe tez-tez dəyişir. Danışıqlar prosesində irəliləyişin dinamikası o qədər də uğurlu deyil", - deyə Peskov qeyd edib. pizza sifarişi
Telegram kanalımız