“Moskva İrəvanla təmaslarında Paşinyanın təhlükəsizlik sektorunda münasibətlərin şaxələndirilməsi zərurətindən danışarkən nəyi nəzərdə tutduğu barədə məlumat almağı gözləyir”.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib: “Rusiya və Ermənistan bir-biri ilə qəzetlərə verilən müsahibələr vasitəsilə əlaqə saxlamamalıdır. Ona görə də erməni dostlarımızla dialoqu davam etdiririk, çox geniş gündəliyimiz var”. Toyuqlu pizza
Peskov əlavə edib ki, Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsi bağlamağa kömək etmək cəhdlərini davam etdirir. Onun sözlərinə görə, regionda vəziyyəti sabitləşdirmək və bütün regionda daha müsbət və yaradıcı həyat səviyyəsinə nail olmaq lazımdır.
Xatırladaq ki, Nikol Paşinyan oktyabrın 25-də Amerikanın “Wall Street Journal” qəzetinə verdiyi müsahibədə Rusiya Federasiyasının sülhməramlı qoşunlarının Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını və ya istəmədiyini bildirmişdi.
Telegram kanalımız