Peskov ortaq türk ordusundan danışdı: “Bölgədəki sabitlik və proqnozlaşdırıla bilən...“

saytların hazırlanması

Evə çatdırılma

Peskov ortaq türk ordusundan danışdı: “Bölgədəki sabitlik və proqnozlaşdırıla bilən...“

Siyasət

29 İyul 2021 16:08 1717


RİA Novosti xəbər verir ki, «Kreml Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafının bölgədəki sabitlik hesabına olmayacağını ümid edir».

Yenisabah.az «RİA Novosti»yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov dilə gətirib.

Kremlin belə bir layihəyə necə baxdığını və bunun Rusiyanı və müttəfiqlərini potensial olaraq təhdid edə biləcəyini düşünüb-düşünmədikləri ilə bağlı jurnalistlərin sualına Peskov belə cavab verib: “Təbii ki, Azərbaycan və Türkiyə ikitərəfli əlaqələri inkişaf etdirir. Həm də bu suveren bir məsələdir. Bunun bölgədəki sabitlik və proqnozlaşdırıla bilən atmosferə zərər verməməsi vacibdir. Bu baxımdan, həm türk, həm də azərbaycanlı tərəfdaşlarımızla müntəzəm təmaslarımız var".  Dominos pizza

Mətbuat katibinin sözlərinə görə, Kreml Türkiyə Prezidenti və ya Azərbaycan Prezidentindən bununla bağlı hansısa açıqlamasından xəbərsizdir.

Xatırladaq ki, Türkiyə parlamentinin rəhbəri Mustafa Şentop Türkiyə ilə Azərbaycanın ortaq türk ordusu yaratmaq üçün danışıqlar apardığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!