Peskov Paşinyanın təklifini qulaqardına vurdu

saytların hazırlanması

Evə çatdırılma

Peskov Paşinyanın təklifini qulaqardına vurdu

Siyasət

29 İyul 2021 15:05 1245


Kreml Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın bəyanatını şərh etməkdən imtina edib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

Xatırladaq ki, Nikol Paşinyan bütün Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhəd postlarının yerləşdirilməsi ilə bağlı təklif irəli sürüb. Dominos pizza

Kremlin Paşinyanın təşəbbüsünə necə baxdığı sualını cavablandıran Peskov bildirib: "İrəvanla əlaqələr davam edir, əlavə edəcək bir şeyim yoxdur".

Mətbuat katibi Rusiyanın Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejimini bərpa etmək üçün çox səy göstərdiyini, işlərin davam etdiyini qeyd edib. “Dünən Ermənistan-Azərbaycan sərhədində gərginlik yaşanıb, bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstərdilər. İş davam edir, Rusiya üçtərəfli sazişlərin tam icrasını təmin etmək üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirir ”, - Peskov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!