Kreml Bakının İrəvanla sülh müqaviləsinin imzalanması məsələsində mövqeyini çox konstruktiv kimi qiymətləndirir, amma Ermənistandan hələlik heç bir reaksiya yoxdur.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib: "Bakının bu məsələdə çox konstruktiv mövqeyi var, İrəvan hələ tam qərar verməyib, biz reaksiya gözləyirik". pizza
Peskov ildirib ki, Rusiya sülh danışıqları üçün platforma təqdim etməyə hazırdır:
"Biz platformamızı təqdim etməyə hazırıq. Prezident nəticə əldə etmək üçün lazım gələrsə, ilk növbədə, bir gün deyil, bir neçə dəfə nazirlər marafonunu təşkil etməyə hazır olduğumuzu söylədi".
Kreml nümayəndəsi qeyd edib ki, Moskva Ermənistan-Azərbaycan nizamlanması üçün mühüm vasitəçi olaraq qalır:
"Bu, Rusiya platformasında olsaydı, məntiqli olardı, lakin seçim Bakı və İrəvanın ixtiyarındadır".
Telegram kanalımız