Avropa İttifaqına üzv olan 27 ölkənin Xarici İşlər Nazirləri Şurasının iclasında digər məsələlərlə yanaşı, Aİ-nin Ermənistana yardımı və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələləri də müzakirə edilib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu iclasın sonunda Aİ-nin Brüsseldəki sözçüsü Peter Stano bildirib.
Onun sözlərinə görə, görüşdə xarici işlər nazirləri Ermənistanı dəstəklədiklərini təsdiqləyiblər. Ermənistan-Avropa İttifaqı münasibətlərinin yeni gündəliyi üzərində işi təşviq etmək və Ermənistan-Azərbaycan münasibətlərinin daha da normallaşması üçün noyabrda keçirilən görüşün yekunları üzrə elan edilmiş bütün elementləri xatırlanıb. pizza mizza
Avropa İttifaqının xarici işlər nazirləri Ukrayna və Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.
Telegram kanalımız