Planetin ən zəngin adamları bu il xeyli pul itirib

saytların hazırlanması

Evə çatdırılma

Planetin ən zəngin adamları bu il xeyli pul itirib

Dünya

14 İyun 2022 16:21 1015


Dünyanın ən zəngin 500 adamı 2022-ci ilin əvvəlindən 1,4 trilyon dollar itirib.

Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, bu məlumat “Milyarderlər İndeksi”ni dərc edilib. 

Agentliyin məlumatına görə, ən zəngin beş adam bu il ümumilikdə 345 milyard dollar itirib. Ən çox - 85,6 milyard dollar itirən “Binance” kriptovalyuta birjasının təsisçisi Çanpen Çjandır. İkinci yerdə sahibkar İlon Mask qərarlaşıb. O, 73,2 milyard dollar itirib. Pepperoni pizza

Siyahıda üçüncü yerdə isə 65,3 milyard dollarla “Amazon”un qurucusu Ceff Bezos qərarlaşıb. Dördüncü yeri 64,4 milyard dollar itirmiş “Meta” şirkətinin rəhbəri Mark Zukerberq tutub.

Beşinci yerdə isə 56,8 milyard dollar itirmiş sahibkar “Louis Vuitton Most Hennessy” qrupunun sədri Bernard Arno qərarlaşıb.

Bundan əlavə,  təkcə iyunun 13-də planetin 500 ən varlı adamı ümumilikdə 206 milyard dollar itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!