Polis Yasamal və Xırdalanda avtomobil qaçıran şəxsləri saxlayıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, noyabrın 29-da gecə saatlarında Yasamal rayonu ərazisindən “KİA” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Salahov avtomobili idarə edərkən saxlanılıb. pizza sifarişi
Eyni zamanda, Xırdalan şəhəri ərazisindən “KİA” markalı avtomobil qaçırmaqda şübhəli bilinən 28 yaşlı S.Aydınov avtomobillə birgə Digah qəsəbəsi ərazisində saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
Telegram kanalımız