Polis Müsavat funksioneri haqda açıqlama verdi

saytların hazırlanması

Evə çatdırılma

Polis Müsavat funksioneri haqda açıqlama verdi

Siyasət

03 Avqust 2021 15:59 1095


"Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Söhrab Əmrahovun

oğlu Bəxtiyar Əmrahovun evində axtarış aparılması ilə bağlı yayılan məlumatlar

əsassızdır, həqiqəti əks etdirmir". Sezar pizza

Yenisabah.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

Onun sözlərinə görə,  iyulun 30-da rayon sakini tərəfindən Xaçmaz RPŞ-yə rayon ərazisində diş texniki kimi fəaliyyət göstərən Bəxtiyar Əmrahovdan şikayət daxil olub. Şikayətçi bildirib ki, 3 il əvvəl stomotoloji xidmətlər üçün B.Əmrahov ondan 500 manat pul alsa da, heç bir müalicə işi aparmayıb.

Şikayətlə əlaqədar B.Əmrahov rayon polis şöbəsinə dəvət olunub və izahatı  alındıqdan sonra sərbəst buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!