Polisi döyən deputat yoxa çıxıb

saytların hazırlanması

Evə çatdırılma

Polisi döyən deputat yoxa çıxıb

Siyasət

31 İyul 2021 14:41 5470


Azərbaycanda polisi döyməsi ilə cəmiyyətin kəskin qınağına tuş gələn deputat Eldəniz Səlimov telefonlarını söndürərək yoxa çıxıb. Artıq bir neçə gündür ki, onunla əlaqə saxlamaq mümkün deyil. Hətta deputat həmkarları da Eldəniz Səlimovdan xəbər tuta bilmirlər.

Yenisabah.az xəbər verir ki, qalmaqallı deputatın hazırda harada olması heç kimə məlum deyil. 

Ölkə gündəmini silkələyən olay barədə Modern.az-a danışan Milli Məclis üzvü Azər Badamov da E.Səlimovu tapa bilmir.  Dördpendirli pizza

“Telefonu bağlı olduğu üçün əlaqə saxlaya bilməmişəm. Harada olduğu haqqında heç bir məlumat yoxdur".

Əlaqə saxladığımız digər parlamentarilər də Eldəniz Səlimovun yerini bilmədiklərini söyləyiblər.

Qeyd edək ki, Milli Məclisin Xaçmazdan seçilən deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ictimaiyyət arasında ciddi rezonans doğurub.

Baş Prokurorluq onun deputat toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib. Bundan əlavə, məsələ ilə bağlı Milli Məclisin növbədənkənar iclası çağırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!