Polisi qətlə yetirən şəxsin istintaqı bitdi

saytların hazırlanması

Evə çatdırılma

Polisi qətlə yetirən şəxsin istintaqı bitdi

Kriminal

15 Noyabr 2024 10:13 1195


Bakıda polisi qətlə yetirməkdə təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Yenisabah.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Anar Sadıqovun icraatına verilib.

Hadisə bu il iyulun 7-də Binə qəsəbəsində qeydə alınıb. Əvvəllər məhkum olunmuş və axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Məmmədov saxlanılarkən polisə bıçaqla müqavimət göstərib. 1986-cı il təvəllüdlü Fəxrəddin Nəsirova bıçaqla xəsarət yetirərək qətlə yetirib. pizza hut

Mehman Məmmədov Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!