Polşa prezidenti Anjey Duda Almaniya kansleri Olaf Şols və Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinlə danışıqlarını tənqid edib. Onun sözlərinə görə, bu danışıqlar heç bir nəticə verməyəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
“Kansler Şolsla prezident Emmanuel Makronun Putinlə apardığı bütün danışıqlar məni heyrətə gətirir. Bu danışıqlar heç nəyə gətirib çıxarmır", - Polşa prezidenti “Bild”ə açıqlamasında deyib. Dördpendirli pizza
Onun sözlərinə görə, bu danışıqlar daha çox “Rusiya ordusunun Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyət daşıyan şəxs üçün bir növ legitimlik” effekti verir.
"Bəs İkinci Dünya Müharibəsi zamanı kimsə Adolf Hitlerlə belə danışıq aparıb?", - Duda əlavə edib./Modern.az
Telegram kanalımız